İran ABŞ-ın Tehranın Meksikadakı İsrail səfirini öldürməyə cəhd etməsi ilə bağlı ittihamlarını rədd edib.
XİN sözçüsü Esmaeil Baqaei bildirib ki, bu iddia “gülünc və absurd”dur və “İranın digər ölkələrlə dostluq münasibətlərini pozmaq cəhdidir”.
ABŞ-ın ötən həftə irəli sürdüyü ittihamdan sonra İsrail Meksika hakimiyyətinə təşəkkür etsə də, Meksika XİN belə bir sui-qəsd barədə “heç bir məlumat almadığını” açıqlayıb.
ABŞ rəsmilərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələri 2024-cü ilin sonlarında sui-qəsd planına başlayıb, lakin bu ilin əvvəlində qarşısı alınıb.
İran tərəfi məsələni “tamamilə uydurma” adlandırıb. Hazırda İran və İsrail arasında 24 iyundan bəri atəşkəs rejimi qüvvədədir.
Firuzə












