İran Amerika qırıcı təyyarəsini vurub

  • By Admin2
  • 02 Mart 2026 14:20

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Küveyt üzərində İran hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Gununsesi.info bu barədə “Tasnim” xəbər agentliyinin verdiyi məlumata görə xəbər verir. 

“İran silahlı qüvvələri bu səhər İran-Küveyt sərhədi yaxınlığında müasir Amerika F-15 qırıcı təyyarəsini vurub və təyyarənin qalıqları Küveyt ərazisinə düşüb”, – deyə açıqlamada bildirilir.

İranın SNN televiziya kanalının məlumatına görə, pilotlardan biri eniş etdikdən sonra Küveyt təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Kanalın yayımladığı fotoya əsasən, pilot qolundan yüngül xəsarətlər alıb.

Maqsud

Gununsesi.info