İran gəmisinə hücum edildi: 100-dən çox nəfər itkin düşdü

  • Müəllif: Firuzə
  • 04 Mart 2026 14:36

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Dena” freqatı Şri-Lanka sahillərində qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı göyərtədə olan 180 ekipaj üzvündən 100-dən çoxunun taleyi barədə məlumat yoxdur.

Hadisə nəticəsində 78 ekipaj üzvü yaralanıb. Onlardan 30 nəfərinin artıq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Gununsesi.info