“İran müharibəni davam etdirmək istəmir” -Pezeşkian

  • Müəllif: Firuzə
  • 13 Mart 2026 09:06

“Müharibəni İran başlamayıb və davam etdirmək istəmir”.

Gununsesi.info xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı deyib.

O bildirib ki, İran müharibənin tərəfdarı deyil, lakin özünümüdafiə hüququ çərçivəsində addımlar atır.

“İran müharibəni başlatmadı və davam etdirmək istəmir. Lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan ABŞ-nin bölgədəki bazaları hədəfə alınıb”, – deyə Pezeşkian vurğulayıb.

İran Prezidentinin sözlərinə görə, Tehran regionda qeyri-sabitlik yaratmaq niyyətində deyil və bu baxımdan BRICS ölkələrinin regional sülh, sabitlik və təhlükəsizliyin qorunmasında daha fəal rol oynaması vacibdir.

Gununsesi.info