İranda etiraz dalğası böyüyür: ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 23 İyul 2021 21:27

İranın Xuzistan əyalətinin şəhərlərində su çatışmazlığı ilə bağlı təşkil olunan etirazlara dəstək olaraq Luristan əyalətinin Əligudərz şəhərində də etirazlar başlayıb.

 

HTML tutorial

Bu barədə “Anadolu” agentliyi İranın dövlət televiziyasına istinadla məlumat yayıb.

 

Qeyd edilir ki, Əligudərzdəki nümayişlər zamanı bəzi naməlum şəxslər odlu silahdan atəş açıblar, nəticədə 20 yaşlı gənc ölüb və iki 16 yaşlı gənc yaralanıb.

Hadisəni törədənlərin tutulması üçün istintaq başladıldığı deyilir.

 

İran səlahiyyətlilərinin açıqladığı məlumata görə, 15 iyuldan bəri 8 gecə davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 5-ə çatıb.

 

Xuzistandakı etirazlarla əlaqədar açıqlama yayan “Amnesty International” təhlükəsizlik qüvvələrinin nümayişlər zamanı ən azı 8 nəfəri öldürdüyünə dair məlumatlara sahib olduqlarını bəyan edib. Açıqlamada təhlükəsizlik qüvvələrinin Xuzistandakı dinc etirazları yatırmaq üçün döyüş sursatı, gözyaşardıcı qaz və avtomatik silah istifadə etdikləri bildirilib.

Gununsesi.info