Xırdalanda sex yandı – VİDEO

  • By admin
  • 23 İyul 2021 20:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

 

HTML tutorial

Gununsesi.info  FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

 

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

https://i.mycdn.me/videoPreview?id=1463314877114&type=32&idx=0&tkn=fm2x0XjFdGasCEsRWl4UukhjrlQ&fn=external_8

Gununsesi.info