İranda polis və vətəndaşlar arasında qarşıdurma yaşanıb – VİDEO

Tehran polisi vətəndaşı döyərək həbs edib. Bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

İranın müxtəlif şəhərlərində etiraz dalğası genişlənərkən sosial mediada mayın 31-də Tehran əyalətinin Şəhriyar şəhərində polis məmurlarının vətəndaşa hücum edərək onu döydüklərinə dair video yayılıb.

Videoda aydın şəkildə görünür ki, iki polis məmuru gənc vətəndaşın üzünə gözyaşardıcı qaz sıxdıqdan sonra onun başına və üzünə yumruq və təpik zərbələri endirirlər.

Polislər daha sonra gözlərinə qaz sıxıldığı üçün köməksiz qalan vətəndaşı döyə-döyə zorla avtomobilə salır və orada təpikləməyə başlayırlar.

Hadisə yerindəki digər insanların məsələyə müxadilə etmək istəmələrinə baxmayaraq, polislər gənci həbs edərək hadisə yerindən uzaqlaşıblar.

Sosial mediada tez-tez polis məmurlarının və SEPAH qüvvələrinin sadə və günahsız vətəndaşlara qarşı amansız davranmasına və onları döyərək təhqir etməsinə dair videolar yayılır.

Gununsesi.info