“İrandakı İslam rejimi qadın haqlarını tanınmır” -Təbrizli hüquq müdafiəçisi

“İranda bizim qadınlarımız uzun müddətdir zülmə məruz qalırlar”.

Gununsesi.info xəbər verir ki, bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli “Urmu gölünün harayı” adlı tədbirdə deyib.

HTML tutorial

 

O qeyd edib ki, İrandakı İslam rejimi qadın haqlarını tanınmır:

“Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. Xüsusən də türk olan qadınlar zülm görür. Həm qadın, həm də türk olduqları üçün irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”.

Gununsesi.info