İrandan Hörmüzlə bağlı ABŞ-yə XƏBƏRDARLIQ

  • Müəllif: Firuzə
  • 22 Mart 2026 19:49

ABŞ-nin İran istilik elektrik stansiyalarına (İES) hücumu halında, Tehran bu qurğular bərpa olunana qədər Hörmüz boğazını tamamilə bağlayacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının sözçüsü İbrahim Zülfüqari bildirib.

“Əgər ABŞ-nin İran elektrik stansiyalarına qarşı təhdidləri həyata keçirilərsə, Hörmüz boğazı vurulan İran elektrik stansiyaları bərpa olunana qədər tamamilə bağlanacaq”, – deyə o bildirib.

Gununsesi.info