İranlı qız küçənən ortasında hicabını çıxararaq rəqs etdi -VİDEO

İrandakı etiraz aksiyaları 51 gündür davam edir.

Gununsesi.info  “MOUZE” teleqram kanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə daha bir iranlı gənc qadının videosu yayılıb. Belə ki, İranın Şahinşəhr bölgəsində məcburi hicaba etiraz edən gənc qız yolun ortasına çıxaraq hicabını açıb hər kəsin önündə rəqs edir.

Başının üstündə hicabını yelləyərək etirazını bu cür ifadə edən qızın videosu ən çox izlənilən videolar sırasındadır.

Görüntüləri təqdim edirik:

Gununsesi.info