İsrail İrana 7000-dən çox zərbə endirib

  • Müəllif: Firuzə
  • 13 Mart 2026 22:00

Əməliyyat başlayandan bəri İsrail İrana 7000-dən çox zərbə endirib.

Gununsesi.info xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

“İsrail Ordusu bütün İranda fəaldır və təxminən 7600 zərbə endirib”, – hesabatda qeyd olunub.

Bildirilib ki, bu rəqəmə qərargahlara və hökumət obyektlərinə 2000-dən çox zərbə, eləcə də İranın raket proqramı obyektlərinə təxminən 4700 zərbə daxildir.

Gununsesi.info