İsrail müxalifətinin lideri yenidən Netanyahunu istefaya çağırdı

  • By admin
  • 27 Dekabr 2023 09:01

İsrailin keçmiş baş naziri Yair Lapid hazırkı hökumət başçısı Benyamin Netanyahunun siyasətini kəskin tənqid edib.

Lapid bildirib ki, 7 oktyabr hücumları onun hakimiyyəti dövründə baş versəydi, eyni gündə istefa verərdi.

Gununsesi.info xəbər verir ki, parlamentin ikinci ən böyük müxalifət partiyası Yeş Atid (Gələcək var) İsrail Ordusu Radiosuna müsahibəsində deyib: “Müharibənin ortasında baş nazirin dəyişdirilməsi pisdir, lakin onun hakimiyyətdə olması daha pisdir”.

Lapid bildirib ki, İsrail hökumətinin hazırkı rəhbərinə etibar etmir. “Bu, müharibə aparmaq üçün etibar edilə bilməyən bir adamdır. Bu, mənim vaxtımda (7 oktyabr) olsaydı, elə həmin gün istefa verərdim”, – deyə siyasətçi əmin edib.

Özünün də koalisiya ortağı olduğu əvvəlki İsrail hökuməti haqqında danışan Lapid deyib: “Bizim vaxtımızda HƏMAS hücum etməyəcəyini bilirdi. O, ölkə tarixində ən pis olan ölkə rəhbərliyinin zəifliyini anladı və hücuma keçdi”, – deyə Yair Lapid bildirib.

İsrailin müxalifət partiyasının lideri oktyabrın 7-dən bəri dəfələrlə bəyan edib ki, baş nazir Netanyahu və hökuməti istefaya getməlidir.

Gununsesi.info