
İsrail ordusu Qəzza zolağında daha 3 məscidi tamamilə dağıdıb.
Gununsesi.info bildirir ki, bu barədə “Anadolu”ya Qəzza Vəqflər Nazirliyinin nümayəndəsi İkrami əl-Mudellel məlumat verib.
Onun sözlərinə görə, eksklavın cənubundakı Xan Yunus şəhərindəki Xalid bin Valid, Əl-İxlas və Əs-Səhva məscidləri hava hücumlarına məruz qalıb.
Rəsmi nümayəndə qeyd edib ki, oktyabrın 7-dən İsrailin bombardmanları nəticəsində dağılan məscidlərin sayı 59-a çatıb, daha 136 məscid və 3 kilsə zərər görüb.
Gununsesi.info