İsrail Qəzza zolağında məktəbə zərbə endirib

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında məktəbə hücumu nəticəsində 100-dən çox adam həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Zərbə Əl-Dərəc bölgəsindəki Əl-Tabin məktəbini hədəf alıb. Həmin vaxt binada səhər namazının qılındığı vurğulanır.

Öz növbəsində, İDF öz Telegram kanalında zərbənin məktəbdə yerləşən HƏMAS komanda-nəzarət mərkəzinə endirildiyini bildirib.

“Zərbədən əvvəl mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün çoxlu addımlar atılıb, o cümlədən dəqiq döyüş sursatlarından, havadan müşahidə və kəşfiyyatdan istifadə edilib”, – deyə İDF vurğulayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Livana yeni hücumlar həyata keçirib. Bu dəfə bu ölkənin cənubundakı Juaya bölgəsində.

Bundan əlavə, Aytarun bölgəsindəki hərbi obyektləri də hücuma məruz qalıb.

 

 

 

İlhamə

Gununsesi.info