İstanbulda Cenniferi mağazaya qoymadılar- FOTO

  • Müəllif: Firuzə
  • 05 Avqust 2025 15:57

İstanbula konsert vermək üçün gedən Cennifer Lopez birbaşa “İstinyePark”a üz tutub.

Gununsesi.info bildirir ki, dünyaca məşhur ulduz, daxil olmaq istədiyi mağazada tanınmayıb və “dolu olduğu” səbəbi ilə içəri buraxılmayıb.

“Heç bir problem yoxdur” deyən Lopez, yan mağazalara keçərək 3 saatlıq alış-veriş edib.

Gununsesi.info