İtaliyanın əfsanəvi futbolçusu vəfat edib

  • By admin
  • 06 Yanvar 2023 15:42

İtaliya futbolunun əfsanəvi adlarından olan Canluka Vialli 58 yaşında dünyasını dəyişib. Ölkəsində olduğu kimi İngiltərədə də çıxış edən Viallinin Londonda xərçəngdən müalicə aldığı xəstəxanada dünən gecə dünyasını dəyişdiyi açıqlanıb.

Bu barədə Gununsesi.info Avropa mediasına istinadən bildirir.

İtaliyanın  xəbər agentliklərinin  xəbərinə görə, Vialli ailəsi “5 ildir cəsarət və ləyaqətlə üzləşdiyi xəstəlikdən sonra dünən gecə dünyasını dəyişdiyini” açıqlayıb.

58 yaşlı Vialliyə 2017-ci ildə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub.

İtaliyada “Sampdoriya”, İngiltərədə “Yuventus” və “Çelsi”də çıxış edən Qaynluka Vialli 59 dəfə İtaliya millisində də çıxış edib.

Milli komandanın heyətinə rəhbərlik edən Vialli İtaliyanın AVRO-2020 çempionatında böyük rol oynayıb. İtaliya millisinin baş məşqçisi Roberto Mançini ilə Viallinin bu qələbə dövründən sonra göz yaşları içində bir-birini qucaqladığı anın görüntüləri onun ölüm xəbərindən sonra yenidən paylaşılmağa başlayıb.
İtaliyanın baş naziri Giorgia Meloni də sosial mediada bu dəqiqədən bir fotoşəkil paylaşaraq, “Avropa qələbəsindən sonra Mançini ilə qucaqlaşdığınız zaman qollarınızı, baş zərbələrinizi və bütün xalqa bəxş etdiyiniz sevinc və duyğuları unutmayacağıq. Amma ilk növbədə, biz sizin olduğunuz insanı unutmayacağıq”.

Tərcümə: Afət Abbasova
Gununsesi.info