İYİ Partiyanın qərargahına hücum edən şəxs saxlanıldı - FOTOLAR /YENİLƏNDİ

  • By admin
  • 31 Mart 2023 19:54

Türkiyədə İYİ Partiyanın İstanbul vilayət təşkilatının qərargahına hücum edən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

14:54

Türkiyədə İYİ Partiyanın İstanbul vilayət təşkilatının qərargahına silahlı hücum olub.

Gununsesi.info “Halk TV”yə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər partiya binasının pəncərələrini gülləboran edib.

Hadisəni törədənlər ərazidən qaçmağı bacarıb. Hazırda polislərin İstanbulun Zeytinburnu rayonunda yerləşən qərargahı nəzarətə götürdüyü və araşdırmaların apardıldığı bildirilib.

Gununsesi.info