Köhnə maşınlarda bahalaşma olacaq

  • By admin
  • 31 Mart 2023 19:41

Məlim olduğu kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox minik avtomobillərinin Azərbaycana gətirilməsi məhdudlaşdırılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov jurnalistlərə açıqlamasında  deyib ki, qərar qüvvəyə minəndən sonra köhnə maşınlarda bahalaşma olacaq: “Çünki 2013-cü ildən tez istehsal olunan maşınlar ölkəyə buraxılmayacaq”.

Deputat hesab edir ki, verilən qərar düzgündür: “Çünki burada ekoloji məsələ var və bu, çox ciddidir. Azərbaycanda, xüsusən də Bakıda ekoloji vəziyyət o qədər də ürəkaçan deyil”.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında elektrik avtomobillərinin istehsalı genişlənməkdədir: “Bunlar kifayət qədər ekoloji təmiz avtomobillərdir. Yaxşı olardı ki, Azərbaycanda da belə avtomobillərin istehsalına başlansın. Biz Türkiyə ilə birgə müəssisə yarada bilərik”.

 

Gununsesi.info