Kadırov Ukraynada ağır itki yaşadı – FOTO

Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı, A. Kadırov adına xüsusi alayın polkovnik-leytenantı Zaur Dimaev Ukraynada Kamışevaxa kəndi uğrunda gedən döyüşlərdə həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “BAZA” məlumat yayıb.

Bildirilib ki, mayın 31-də günortadan sonra xüsusi alayın döyüşçülərinin mindiyi “UAZ Patriot” maşını Kamışevaxa kəndində atəşə tutulub. İki çeçen polis əməkdaşı həlak olub, dördü isə yaralanıb.

Ölənlər arasında A. Kadırov adına xüsusi alayın 4-cü batalyonunun komandir müavini Zaur Dimaev də var.

Zərbənin təsirindən o və maşının sürücüsü yerindəcə həlak olub.

Gununsesi.info