Kamran Əliyev Qubada vətəndaşlarla görüşəcək

Baş prokuror Kamran Əliyev avqustun 18-də Quba şəhərində vətəndaş qəbulu keçirəcək.

Gununsesi.info xəbər verir ki, qəbul Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini əhatə edəcək.

Vətəndaşların müraciətləri dinlənilərək müvafiq tədbirlər görüləcək.

 

Gununsesi.info