Kanadalı senator Trampın oğlunu boks duelinə çağırdı

  • By Günel
  • 07 Mart 2025 15:47

ABŞ prezidenti Donald Trampın bu həftə tətbiq etdiyi gömrük vergilərinə cavab olaraq kanadalı senator Patrik Brazeau kiçik Donald Trampı boks görüşünə çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kanadanın Quabec əyalətinin senatoru Brazeau özünün “X” hesabında etdiyi paylaşımda ABŞ prezidentinin oğlu kiçik Tramp Jrı xeyriyyə məqsədilə təşkil olunan boks matçında iştirak etməyə çağırıb.

Brazeau paylaşımında: “Prezident Trampın Kanadaya qarşı saxta tarifləri ilə əlaqədar olaraq, sizi xərçəng tədqiqatları və ya seçdiyiniz hər hansı bir təşkilat adına pul toplamaq üçün döyüşə dəvət edirəm” ifadələrini qeyd edib.

Kanadalı senator, həmçinin Tramp Jrın adını çəkərək bu sözləri qeyd edib:

“Mən ölkəm üçün döyüşəcəm. Bəs siz?”

Xatırladaq ki, ABŞ prezidenti Tramp vəzifəyə gəldiyi gündən “Kanada ABŞ-nin 51-ci ştatı olmalıdır” ifadəsini işlədib və Custin Trüdoya “qubernator” kimi xitab edir.

Tramp bu yaxınlarda yeni tariflər elan edərək, iki qonşusu olan Kanada və Meksikaya 25 faizlik tariflər tətbiq edib və Trüdoya da  tariflərə qarşılıq verəcəyini açıqlamışdır.

Qeyd edək ki Brazeau 2012-ci ildə Kanadanın baş naziri Castin Trüdoya boks matçında uduzmuşdu.

Günel

Gununsesi.info