Kirayə məsələləri bir çox hallarda problemlərə səbəb olur.
Belə ki, əksərən kirayə verənlər evi müqaviləsiz, yəni şifahi razılaşma əsasında verir. Bu isə özlüyündə bəzən lap böyük problemlərə də yol açır.
Ümumiyyətlə, qanun bu barədə nə deyir?
Kirayə müqaviləsi yazılı şəkildə bağlanmasa, kirayədarın hüquqları qorunurmu?
Bu barədə hüquqşünas Uğur Əliyev Gununsesi.info-ya danışıb.
O bildirib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 665–686-cı maddələrinə görə, daşınmaz əmlakın icarəsi (kirayə) müqaviləsi yazılı formada bağlanmalıdır (notarial təsdiq tələb olunmur, sadə yazılı forma kifayətdir). Lakin yazılı müqavilə olmasa belə, faktiki münasibətlər (pul ödənişi, əmlakın istifadəsi) sübut olunduqda məhkəmədə “sözlə bağlanmış icarə müqaviləsi” kimi tanına bilər.
Hüquqşünas onu da qeyd edib ki, kirayədər bu halda qanunsuz çıxarılmaqdan qoruna bilər. O cümlədən depozit və ya ödənilmiş kirayə haqqının qaytarılmasını da tələb edə bilər.
Orxan
Gununsesi.info












