Kobaxidze ATƏT sədri ilə görüşdən imtina etdi

  • Müəllif: Firuzə
  • 15 Oktyabr 2025 11:05

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstan hökuməti bildirib.

“Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayılması səbəbindən qəbul edilib”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Elina Valtonen Tbilisidə Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.

 

Gununsesi.info