Korçok: Slovakiya bu bəyanatı yüksək qiymətləndirir

  • By admin
  • 17 Mart 2021 15:20

“Ərazi bütövlüyü prinsipi BMT-nin ən vacib prinsiplərindən biridir”.

Gununsesi.info xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri İvan Korçok azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

“Bu prinsip bizim üçün də əhəmiyyətlidir. Münaqişənin həlli iki icmanın dinc birgə yaşayışını nəzərdə tutmalıdır. Bu baxımdan keçən ilin noyabr ayında Qarabağda atəşkəs elan olunmasına dair bəyanatının imzalanmasını yüksək qiymətləndiririk”, – XİN başçısı söyləyib.

Gununsesi.info