Kosova – Serbiya: Dağılan Yugoslaviyanın bitməyən böhranı

  • By admin
  • 03 Yanvar 2023 16:29

Tarixi çatları keçmişə söykənən Kosova və Serbiya arasındakı böhranlar Avropanın göbəyində illər öncə savaşlara və çoxsaylı qanlı insan itkilərinə səbəb olub.

Gununsesi.info xarici mətbuata istinadən bu konfliktlə bağlı önəmli abilgiləri sizə təqdim edir.

Kosova dünyanın ən gənc ölkələrindən biridir. 2008-ci ildə müstəqilliyini elan etsə də, ölkədəki serb azlıqlar özlərini hələ də Şimali Serbiyaya bağlı hiss edirlər. Ancaq Kosova idarəçiləri ölkələ yaşayanların Kosova vətəndaşlığını və avtomobil seriyalarını daşımasını istəyir. Serblər isə bunu rədd edirlər. Buna təpki olaraq bəzi yerlərdə yük avtomobilləri ilə barrikadalar qururlar.

Bu problemlər isə sərhəd keçidlərində çətinliklər yaradır. Hətta Kosova sərhədindən keçən bəzi serb seriyalı avtomobillər cəza almamaq üçün nömrələrindəki “serb” sözünü qapadırlar.

Fəqət ölkədəki parçalanma yalnız lövhə-seriyalarla məhdud deyil. Problemin keçmişi 1990-cı illərə söykənir.

Həmin zaman NATO müdaxiləsi ilə proses dayandırılmışdı.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info