Kreml Rusiyanın “Sülh Şurası” ilə bağlı mövqeyini aydınlaşdırdı

  • By Admin2
  • 13 Fevral 2026 14:07

İttifaq Dövləti formatı siyasi məsələlər də daxil olmaqla, geniş məsələlər üzrə koordinasiyanı nəzərdə tutur. Lakin Minskdən fərqli olaraq, Kreml hələ də “Sülh Şurası” ilə bağlı mövqeyini müəyyənləşdirməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Peskov Minskin təşkilat daxilində İttifaq Dövlətinin maraqlarını müdafiə edəcəyi barədə Belarus açıqlamalarını şərh edərkən qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən üzərində iş aparılır. 

Qeyd edək ki, 16 yanvarda Tramp “Sülh Şurası”nın yaradıldığını elan etdi. O, Avropa Komissiyasının və 50-dən çox ölkənin nümayəndələrini qurumun işində iştirak etməyə dəvət edib. Dəvət olunanlar arasında Rusiya, Belarus, Çin və Ukrayna da var idi.

Gununsesi.info