Günlər öncə mediada yazılan Ərdoğan-Putin görüşü ilə bağlı Rusiyadan açıqlama səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlinin sözcüsü Dmitri Peskov açıqlama verib.
Kritik açıqlamaların səsləndirildiyi NATO Zirvəsini yaxından izləyən Rusiya rəsmisi Prezident Putinlə Türkiyə Prezidenti Ərdoğan arasında yaxın zamanda hansısa görüşün planlaşdırılmadığını söyləyib.
Xatırladaq ki, Türkiyə İsveçin NATO-ya üzvlüyünə dəstək vermiş və Ukraynanın də bu hərbi birliyə qatılmasına dəstəyini açıqlamışdı.
Ərdoğan Ukrayna və Rusiya arasında vasitəçilik təklifi, eləcə də taxıl dəhlizi anlaşmasının müddətinin uzadılmasına çağırış etmişdi.
Arzu