Kürdəmirin mərkəzində biabırçı mənzərə – FOTO

  • By admin
  • 29 Mart 2021 12:13

Kürdəmir rayon sakini olan bir qrup şəxs üzləşdikləri problemlə bağlı Gununsesi.info-ya müraciət edib.

Rayonun Şıxlıq məhəlləsi kimi tanınan ərazisində yaşayan sakinlər məhəllələrindəki boş ərazinin xeyli vaxtdır məişət tullantıları ilə doldurulduğunu və aidiyyatı qurumların buraya nəzarət etmədiyini bildiriblər.

Sakinlər qeyd ediblər ki, küçədə zibil qutularının olmaması və bir çox insanların daim bu əraziyə məişət tullantılarını gətirib atması ərazidə anti-sanitariya yaradıb və yoluxucu xəstəliklər sürtlə yayılır.

Qeyd edək ki, artıq 8 aydır ki, Kürdəmir rayonunun icra başçısı Ceyhun Cəfərov həbs edilib. Onun yerinə hələlik təyinat yoxdur. İcra başçısının olmaması rayondakı bir sıra qurumlarda boşluqlar yaradıb.

Gununsesi.info