Laçın yolundakı aksiya 24 gündür davam edir

  • By admin
  • 04 Yanvar 2023 09:03

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası artıq 24 gündür davam edir.

Gununsesi.info xəbər verir ki, hazırda da aksiya iştirakçılarının fəallığı müşahidə olunur. Onlar müxtəlif tədbirlər təşkil edir, şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini ərazilərimizdə törədilən ekoloji terrora çəkirlər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazların əks olunduğu plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” kimi şüarlar səsləndirirlər.

Aksiyaya baxmayaraq, Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda maneəsiz hərəkət edirlər.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Xatırladaq ki, aksiya dekabrın 12-dən başlayıb.

Gununsesi.info