Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

  • By admin
  • 09 Fevral 2022 17:39

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.

Gununsesi.info-nun apa-ya istinadla xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, görüş fevralın 15-də keçiriləcək.

“Görüşdə ATƏT məkanındakı münaqişələr, Ukraynanın cənub-şərqindəki böhran, Dnestryanı münaqişənin nizamlanması müzakirə olunacaq”, – Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova Lavrovun ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyini söyləyib.

 

Gununsesi.info