Xarici işlər naziri Sergey Lavrov Kremldə prezidentlər Vladimir Putin və Qasım-Jomart Tokayev arasında keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibində yer almayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Rusiya nümayəndə heyətində onun yerini müavini Andrey Qaluzin tutub.
Qeyd edək ki, Sergey Lavrov noyabrın 5-də Təhlükəsizlik Şurasının iclasına da qatılmamışdı.
Bundan başqa, onun Rusiyanın G20 və ASEAN sammitlərindəki nümayəndə heyətindən çıxarıldığı barədə məlumatlar yayılmışdı.













