Lavrov Ukraynada olan limanlarından danışdı, söz verdi

Rusiya tərəfi Ukrayna limanlarını tərk edən gəmilərin təhlükəsizliyini türkiyəli tərəfdaşları ilə koordinasıyada təmin etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“Ukrayna limanlarından çıxan, boğazlarda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etməyə hazırıq. Bunu bizim türkiyəli həmkarlarımızla birlikdə etməyə hazırıq”, – Lavrov bildirib.

Onun sözlərinə görə, məsələnin həllində əsas problem Ukrayna limanlarının minalardan təmizlənməsində Kiyevin göstərdiyi inadkarlıqdır, əgər onlar öz münasibətlərini dəyişsələr, Rusiya tərəfdən hər hansı mürəkkəblik yaranmayacaq.

Gununsesi.info