Londonda polisin səlahiyyətlərinin artırılmasına etiraz – 9 NƏFƏR SAXLANILDI

  • By admin
  • 02 May 2021 08:53

İngiltərənin paytaxtı Londonda polisin səlahiyyətlərinin artırılmasını özündə əks etdirən qanun layihəsinə qarşı etiraz yürüşü keçirilib.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, yürüşdə mindən çox etirazçı iştirak edib.

Polisin məlumatına görə, bu səbəbdən mərkəzi yollarda hərəkət bir saata dayanıb, “Tower Bridge” körpüsü bağlanıb.

Yürüş iştirakçılarından 9 nəfərin saxlanıldığı bildirilib.

Gununsesi.info