Mədəniyyət Nazirliyi Xoreoqrafiya Akademiyasında araşdırmalara başlayıb

  • By admin
  • 21 Dekabr 2021 13:08

“Xoreoqrafiya Akademiyasının rektor əvəzi Nailə Məmmədzadə ilə bağlı şikayətlər araşdırılır”.

Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, araşdırmalar hələlik başa çatmayıb və bu səbəbdən nəticə barədə danışmaq tezdir: “Oradakı problemlər diqqət mərkəzindədir. Xoreoqrafiya bizim üçün çox vacib sahədir. Biz orada islahatlar aprılmasını istəyirik. Növqsanlar aradan qaldırılmalıdır. Şikayətlərin anonim olması bizi narahat edir. Buna baxmayaraq obyektivliyi qorumaq üçün şikayətlər araşdırılır. Nəticələri barədə məlumat veriləcək”.

Qeyd edək ki, Xoreoqrafiya Akademiyanın bir qrup əməkdaşı rektorun səlahiyyətlərini icra edən Nailə Məmmədzadəilə bağlı mədəniyyət naziri Anar Kərimova şikayət xarakterli açıq məktub yazıb.

Gununsesi.info