Nazir: “UNESCO siyasiləşmiş təşkilata çevrilib”

  • By admin
  • 21 Dekabr 2021 13:23

“Artıq UNESCO Yeni il tətilinə gedib. Tətildən əvvəl də onlarla daim təmasda idik. Təəssüflər olsun ki, onlardan istədiyimiz reaksiyanı görmədik. Bu da bizi təşkilatın siyasiləşdiyini deməyə sövq edir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

“Biz dünyada hörmət qazanan beynəlxalq təşkilatın siyasiləşməsini və qərəzli yanaşmalar tətbiq etməsini istəməzdik. Təşkilatın idaretmə orqanlarına üzv seçilməyimiz bizə imkan verəcək ki, neqativ meyillərin qarşısını alaq. Ümid edək ki, təşkilat öz mandatına uyğun olaraq fəaliyyət göstərəcək. Həm işğaldan azad edilən ərazilərə tekniki missiya göndərəcək, həm də Qarbağdan qeyri-qanuni çıxarılan mədəni mirasımızın geri qaytarılmasını təmin edə bilməsə də, ən azı o ölkəni qınayacaq və pisləyəcək”, – nazir qeyd edib.

Gununsesi.info