Mask Barışı istədi: - Cavab "yox" oldu

  • By Günel
  • 07 Fevral 2025 10:39

Məşhur iş adamı İlon Maskın Yaşıl Kart sahibi Türkiyə vətəndaşını yeni qurduğu Hökumətin Səmərəliliyi Departamentində məsləhətçi kimi işə götürmək istəyinin ABŞ prezidenti Donald Trampın komandası tərəfindən qarşısı alındığı iddia edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Trampın yeni qurduğu Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsinə təyin edilən Mask, daha əvvəl bəzi layihələrdə birlikdə çalışdığı türkiyəli sahibkar Barış Akışı məsləhətçi kimi işə götürmək istəyib.

Lakin iddiaya görə Trampın müşavirlərinin “Qətiyyən yox” cavabı və “immiqrantları deportasiya etmək, həmçinin hökumətin qeyri-amerikan işçi qüvvəsini azaltmaq səylərini” nəzərə aldıqda, bunun çaşqınlıq yaradacağını söyləyiblər.

Qeyd edək ki, ABŞ qanunları vətəndaşlığı olmayan şəxslərin federal hökumətdə işləməsini qadağan edir.

Günel Həsənova

Gununsesi.info