Məşhur model ad gününü Bakıda qeyd etdi - VİDEO

  • By Günel
  • 17 Sentyabr 2024 15:22

Xorvatiyalı məşhur azarkeş, model və sosial şəbəkə fenomeni İvana Knoll yenidən Bakıya gəlib.

Gununsesi.info  xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Formula 1 Azərbaycan Qran – Prisi üçün Bakıya gələn model ad gününü də burada qeyd edib.

Bundan başqa, İvana Knoll instaqram hesabının hekayə bölümündə şəhərdən görüntülər də paylaşıb.