
Türkiyənin məşhur pop ulduzu megastar Tarkan Əkrəm İmamoğlunun həbsinə etiraz edib.
Gununsesi.info – nun xəbərinə görə, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
Demokratiyanın fəzilətlərinə və əhəmiyyətinə inanan biri kimi mən həmişə ən əsas azadlıq hüquqlarımız üçün səsimi ucaltmışam. Mən bəzən qadınların və uşaqların təhlükəsizliyi və gələcəyi, bəzən təbiətin və heyvanların hüquqları üçün, ən çox isə müstəqil və ədalətli hüquq sistemi üçün səsimi qaldırdım.
Uzun müddətdir davam edən hər cür ədalətsizliklər, qanunsuz məhkəmələr və qanuni prosedurlara uyğun gəlməyən təcrübələr nəticəsində insanların demokratiyanı hər zamankindən daha çox qəbul etdiyini görmək ümidvericidir.
Xalqımızın siyasi şüur və oyanışla haqsızlığa qarşı bir yerdə olmasını görmək məni qürurlandırır, duyğulandırır.
Daha ədalətli və azad gələcək naminə qanunun mütləq müstəqilliyini və üstünlüyünü təmin etmək və qorumaqda inamımızı itirmədən birləşə biləcəyimizi görmək çox xoşdur.
Ümid edirəm ki, bu demokratiya mübarizəsi yorğun ümidimizə yeni cücərtilər verəcək və ölkəmizi daha dinc günlər gözləyir