Məşhur rejissor “Netflix”- i 11 milyon dollar aldatmaqda ittiham edilərək həbs edildi

  • By Günel
  • 19 Mart 2025 14:20

Məşhur Hollivud rejissoru Karl Erik Rinş ABŞ-də serial çəkdirdiyi iddiası ilə “Netflix” – i 11 milyon dollar aldatmaqda ittiham edilərək həbs edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Prokurorluğun hazırladığı ittiham aktına görə, “Netflix” 2018-2019-cu illərdə istehsalı davam edən “White Horse” serialını almaq üçün Rinşa 44 milyon dollar ödəyib.

Bununla belə, Rinş serialı tamamlamaq üçün “Netflix” dən əlavə 11 milyon dollar istəyib.

Ancaq Rinş “Netflix”dən aldığı 11 milyon dolları serialın çəkilişlərini tamamlamaq üçün istifadə etmək əvəzinə şəxsi hesabına köçürüb.

Bu pulla kriptovalyuta və lüks avtomobillər aldığı iddia edilən 47 yaşlı rejisssor fırıldaqçılıq, çirkli pulların yuyulması və qeyri-qanuni fəaliyyətlərdən gəlir əldə etmək ittihamları ilə dünən Kaliforniyada həbs edildi.

Həmin gün hakim qarşısına çıxan Rinş, ona qarşı ittihamnamənin hazırlandığı Nyu Yorkda məhkəməyə gəlmək üçün 100 min dollar girov ödəməyə razı oldu.

Rinşin Nyu-Yorkdakı dinləmə tarixi hələ açıqlanmayıb.

Günel Həsənova 

Gununsesi.info