Meydan TV işi üzrə istintaq başa çatıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Vəkil Elçin Sadıqov saytımıza açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, jurnalistlərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrlik etdiyi kollegiya baxacaq.
Şəbnəm













