Milli Məclis Fransa Senatına etiraz bəyanatı qəbul edəcək

  • By admin
  • 26 Noyabr 2020 11:06

Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Plenar iclasda Milli Məclis adından Framsa parlamentinin qondarma Dağlıq Qarabağ rejimini tanımasına etiraz bəyanatı qəbul olunacaq.

Gununsesi.info xəbər verir ki, iclasda deputatlar eyni zamanda Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik, “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” yubiley medalının təsis edilməsi, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik, İnzibati Xətalar Məcəlləsində,“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik məsələsini müzakirə edəcəklər.

Gununsesi.info