Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

  • By admin
  • 01 Oktyabr 2020 15:43

Milli Məclisin oktyabrın 2-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Gununsesi.info  xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

İclasda  Əmək Məcəlləsinə, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” və s. qanun layihələri müzakirəyə çıxarılacaq.

Gununsesi.info