Mingəçevir Avtovağzalının direktorunun oğlu mehmanxanada öldü

Mingəçevir şəhərində 49 yaşlı kişi mehmanxanada ölüb.

Gununsesi.info -nun məlumatına görə, hadisə Mingəçevir Şəhər Avtovağzalının mehmanxanasında baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü Coşqun Rəhimov mehmanxanada istirahət edərkən qəfil halı pisləşib. O, hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, C.Rəhimov ürək çatışmazlığından ölüb.

Xatırladaq ki, C.Rəhimov Mingəçevir “Avtovağzal” MMC-nin rəhbəri Tofiq Rəhimovun oğludur.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info