
“MTV Azərbaycan” Televiziya kanalı son zamanlar formatında dəyişikliklər edib.
Gununsesi.info bildirir ki, adıçəkilən televiziya “Xəbərdar ol” proqramı ilə ölkədə son ictimai-siyasi hadisələri tamaşaçıya çatdırmağa çalışır, amma nədənsə xəbərləri yayımlarkən prossesləri 5 il geriləmə ilə təqdim edir.
Belə ki, “Xəbərdar ol” verilişinin 01.03.2024-cü il tarixli buraxılışında sabiq baş nazir Novruz Məmmədovu yenə də bu postda təqdim edib.
Baş nazirin qərarını oxuyan aparıcı xanımın dedikləri ilə yanaşı yayılan video görüntüdə də Novruz Məmmədov ekranda göstərilib.
“MTV Azərbaycan” Televiziyasının nəzərinə çatdırmaq istəyirik ki, Prezident İlham Əliyev 8 oktyabr 2019-cu il tarixində Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
“MTV Azərbaycan”nın xəbər kanalı kimi ortaya çıxmaq istəyinə normal yanaşırıq, amma bu, peşəkar komandasız mümkünsüzdür.