Müharibəni ancaq NATO dayandıra bilər - Vey Fenxe

  • By admin
  • 13 İyun 2022 10:14

Çinin Müdafiə naziri Vey Fenxe hesab edir ki, NATO ilə Rusiya arasında aparılan danışıqlar Ukraynada müharibəyə son qoya bilər.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, tezliklə atəşkəsə nail olmaqdan ötrü ABŞ və NATO Rusiya ilə danışıqlara başlamalıdır

Eyni zamanda o, Çinin Rusiya ilə heç bir paktının olmadığını vurğulayıb: “Bu, müttəfiqlik deyil, ortaqlıqdır. Rusiya ilə münasibətlər bundan sonra da inkişaf edəcək. Biz Rusiyaya Ukraynaya qarşı müharibə zamanı heç bir hərbi və ya maddi dəstək verməmişik”.

V.Fenxe onu da bildirib ki, Çin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır.

Gununsesi.info