Nəriman Qurbanov vəfat etdi

  • Müəllif: Firuzə
  • 24 Oktyabr 2025 10:20

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə yaxınları məlumat veriblər.

Bildirilib ki, N.Qurbanov bu gecə 64 yaşında həyatını itirib.

Qeyd edək ki, Nəriman Qurbanov Əməkdar dövlət qulluqçusudur, uzun illər bir sıra dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb.

 

Gununsesi.info