Namaz qılarkən “infarkt” keçirdi – İlk yardıma Bələdiyyə Başçısı etdi / VİDEO

  • Müəllif: admin
  • 06 Aprel 2023 16:01

Türkiyədə bir vətəndaş namaz qılarkən ürəktutması yaşayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Manisa şəhərində yaşanan olay zamanı ona tilk tibbi yardımı məsciddə olan  Bələdiyyə Başçısı Məhmət Çərçi edib.

Özündən gedən vətəndaş Nazmi Başaran bir andaca yerə yıxılıb. Camaatın müdaxiləsi ilə onun sağaldılması üçün təcili yardım çağırılıb.

Yardım gələnədək Bələdiyyə Başçısı vətəndaşa müdaxilə edib. Suni tənəffüs metodları ilə Başaranın bu müdaxiləsi video görüntülərə qeyd edilib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info