İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Tramp ilə münasibətlərinə toxunaraq, aralarında yarana biləcək mümkün ixtilaflar barədə ehtimalları təkzib edib.
Gununsesi.info xəbər verir ki, Baş nazir “Aramızda hər hansı bir uçurumun olduğunu düşünmürəm. Digər müttəfiqlərdən fərqli olaraq, biz Amerika ilə çiyin-çiyinə döyüşürük və 99% əminəm ki, prezidentlə baxışlarımız eynidir”, — deyə qeyd edib.
Trampın bu yaxınlarda səsləndirdiyi, o cümlədən Netanyahunun “burada kimin rəhbər olduğunu bildiyinə” dair bəyanatını şərh edən İsrail Baş naziri aralarındakı münasibətlərin güclü olaraq qaldığını vurğulayıb.
“Bizim əla münasibətlərimiz və İranla bağlı ortaq hədəflərimiz var”, — deyə o əlavə edib.












