Niderland şahzadələrinin oxuduğu məktəbə sərt alətlə girən şəxs tutuldu

  • By admin
  • 06 Noyabr 2020 20:49

Niderland polisi krallıq şahzadələri Amalia, Aleksiya və Ariananın təhsil aldığı məktəbə əlində sərt kəsici alətlə daxil olan şəxsi tutublar.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Shownieuws” telekanalı xəbər yayıb.

Hadisənin keçən cümə baş verdiyi, ancaq bu barədə məlumatın yeni yayıldığı qeyd edilir.

Bildirilir ki, kişi psixi pozğunluğu olan insanların müalicə edildiyi sığınacağa göndərilib.

Hazırda həmin şəxsin məktəbdə ortaya çıxmasının Niderland şahzadələrinin orada təhsil almaları ilə əlaqəli olub-olmadığı məlum deyil.

Xatırladaq ki, bu gün Fransanın Sen-Sen-Deni departamentində məktəb yaxınlığında bıçaqla silahlanmış kişi saxlanılıb.

 

 

Gununsesi.info