Noyabrın 18-də Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək

  • By admin
  • 17 Noyabr 2020 21:30

ABŞ və Fransadan olan diplomatlar noyabrın 18-də Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Moskvada görüşəcəklər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə məlumat verib.

O bildirib ki, Rusiya tərəfindən görüşü Xarici İşlər Nazirliyinin Xüsusi Səfiri İqor Popov keçirəcək.

Qeyd edək ki, bundan əvvəl də Fransa Xarici İşlər Naziri Jan-İv Le Drian çərşənbə günü Moskvada Dağlıq Qarabağla bağlı diplomatların iştirakı ilə görüşün keçiriləcəyini bildirmişdi.

 

 

Gununsesi.info